İşin təsviri
Öhdəliklər:
- Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir:
- Hidravlik dövrə diaqramlarını bilmək, mexaniki və sxemləri layihələndirməyi bacarmalı;
- Qapalı və açıq dövrə idarəetmə sistemlərində təcrübə;
- Hidrostatik hesablamalar aparmağı bacarmalı;
- Nasoslar, mühərriklər, klapanlar və digər komponentləri seçə bilməli;
- Hidravlik sisteminin stabil işini təmin edir;
- Avadanlıqların işinin yaxşılaçdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.
- İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
- Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün istehsalat rəisinə məlumat verir
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Ali təhsilli (Mexanika, Avtomobil və ya Hidrotexnika mühəndisliyi ixtisası üzrə məzun);
- Güc, moment, dönmə momenti, enerji, qüvvə və iş prinsipləri haqqında bilikləri olmalı;
- Hidravlik sxemləri oxumağı bilməli;
- Məsulliyyətli, ciddi və işguzar olmalı;
- Planlı işləmə, işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Vəzifə üzrə 2-3 il iş təcrübəsi
- İstehsalat sahəsində təcrübəsi olsun
Əlavə məlumat:
- İş rejimi: 6 günlük iş həftəsi;
- Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında razılaşma yolu ilə təyin edilir.
- AR qanunvericiliyinə əsasən sənədləşmə;
- Servislə təmin olunur;
- İş yeri: Qaradağ ray., Səlyan şos.16 km
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.