Sənədləşdirmə və Konfiqurasiya Mühəndisi

İşin təsviri

Öhdəliklər:

  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
  • Bütün hesabatların sənədləşmə işlərini aparır və sənədlərin arxivləşdirilməsini həyata keçirir. Əlavə sənədlərin ( akt və s.) hazırlanmasını təmin edir.
  • Texniki rəsm standartları, sənəd standartları (BS) üzərində işləməyi bacarmalı;
  • Materialların hesab sistemlərini idarə etmək;
  • Server fayl idarəetmə sisteminə cavabdeh olamaq.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Mexanika, avtomobil və ya sənaye mühəndisliyi məzunu,
  • ISO, EN, GOST kimi beynəlxalq standartlar haqqında bilgisi olmalı;
  • Dil bilikləri: Yüksək səviyyədə Azərbaycan və İngilis dili, Rus dili orta;
  • MC Office proqramlarında işləmə bacarığı;
  • Məsulliyyətli, ciddi və işguzar olmalı;
  • Planlı işləmə, işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Vəzifə üzrə 2-3 il iş təcrübəsi 
  • İstehsalat sahəsində təcrübəsi olsun.

Əlavə məlumat:

  • İş rejimi: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında razılaşma yolu ilə təyin edilir.
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Servislə təmin olunur;
  • İş yeri: Qaradağ ray., Səlyan şos.16 km

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.