Satınalma və təchizat üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat: 

  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Müştəri ehtiyaclarını analiz edərək uyğun həllər təklif etmək;
  • Təchiz olunmuş malların qeydiyyatının aparılması, sifarişçi tələbinə uyğunluğuna nəzarət edilməsi və növbəti proqnozlaşdırılmış il üçün planın hazırlanması;
  • Daxil olunmuş sifariş sorğularının hesabatının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Yeni təchizatçılarla əlaqələrin qurulması
  • Mövcüd təchizatçılarla əlaqənin idarə edilməsi
  • Malların keyfiyyətinə, çatdırılmasına nəzarət edilməsi
  • Rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi(Texniki sahələrdə olan təcrübəyə üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus dili və ya ingilis dili biliyi üstünlükdür
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (rus və ingilis dilləri əlavə üstünlükdür).
  • Kompüter bilikləri: MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər.
  • Komanda ilə işləmə bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları.
  • Məsuliyyətlilik, dəqiqlik və çeviklik; 

İş şəraiti:

  • İş rejimi: 5 günlük
  • İş vaxtı: 9:00-18:00
  • Nahar vaxtı: 13:00-14:00
  • İstirahət günü: şənbə, bazar
  • Əmək haqqı: 1500 AZN
  • Bonus: Namizədin ilk 6 aylıq nəticəsindən sonra təyin ediləcəkdir.
  • İş yeri: AZERA biznes mərkəzi, Ələsgər Qayıbov 1222(Bakmil metro stansiyasının yaxınlığı)

Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İMEC Mühəndislik tərəfindən digər vakansiyalar