İşin təsviri
İş barədə məlumat:
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Müştəri ehtiyaclarını analiz edərək uyğun həllər təklif etmək;
- Təchiz olunmuş malların qeydiyyatının aparılması, sifarişçi tələbinə uyğunluğuna nəzarət edilməsi və növbəti proqnozlaşdırılmış il üçün planın hazırlanması;
- Daxil olunmuş sifariş sorğularının hesabatının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Yeni təchizatçılarla əlaqələrin qurulması
- Mövcüd təchizatçılarla əlaqənin idarə edilməsi
- Malların keyfiyyətinə, çatdırılmasına nəzarət edilməsi
- Rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
Tələb olunan bilik və bacarıqlar:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi(Texniki sahələrdə olan təcrübəyə üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus dili və ya ingilis dili biliyi üstünlükdür
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (rus və ingilis dilləri əlavə üstünlükdür).
- Kompüter bilikləri: MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər.
- Komanda ilə işləmə bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarıqları.
- Məsuliyyətlilik, dəqiqlik və çeviklik;
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş vaxtı: 9:00-18:00
- Nahar vaxtı: 13:00-14:00
- İstirahət günü: şənbə, bazar
- Əmək haqqı: 1500 AZN
- Bonus: Namizədin ilk 6 aylıq nəticəsindən sonra təyin ediləcəkdir.
- İş yeri: Xətai rayonu, 8 Noyabr pr 23, Amay Ticarət Mərkəzinin 7-ci mərtəbəsi.
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.