Keyfiyyətə Nəzarət üzrə Mühəndis

  • Yeni Həyat
  • Elanın qoyulma tarixi: 13.08.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ MÜHƏNDİS
 
Vəzifə və öhdəliklər:
 
1.Strukturda çalışanlara sənədlərin (prosedur, təlimat, forma və s.) istifadəsi, məlumat, sənəd və istehsal qeydləri və İdarəetmə sistemlərinin təcrübə və işinə uyğun digər məlumatlar vermək, dəstək olmaq, zəruri maarifləndirmə və əlaqəni təmin etmək.
2.Fəaliyyət göstərdikləri strukturlarda, İdarəetmə sistemlərinin siyasət və məqsədlərinin başa düşülməsini və bunlara uyğun hərəkət edilməsini təmin etmək.
3.İdarə sistemləri çərçivəsində gördüyü işlərdə, işlədiyi strukturu təmsil edərək, bu işlərə lazımı əlavələr etmək, bu barədə Rəhbərliyin təmsilçiləri ilə əməkdaşlıq etmək.
4.Qruplar, bölmələr və layihələr (tikinti) əsasında İdarə sistemlərinin sənəd və qeydlərini paylamaq, onlara nəzarət etmək, sənədlərin siyahılarını tərtib etmək.
5.Yoxlamalarda və ya yoxlamalardan kənar müəyyən edilən və ya qarşıya çıxa biləcək uyğunsuzluqlar barədə Rəhbərliyi təmsil edən şəxsə məruzə etmək, islahedici və önləyici fəaliyyətləri planlaşdırmaq, onlara nəzarət etmək, yekunlaşdırmaq, zəruri təkmilləşdirici fəaliyyətlər tövsiyə etmək, planlaşdırmaq və həyata keçirilməsində vəzifə tutmaq, bu fəaliyyətlər barədə Rəhbərliyi təmsil edən şəxsə hesabat vermək.
6.İdarə sistemləri çərçivəsində yer alan təklif sisteminə uyğun olaraq, rəy və təkliflərin təqdim edilməsinə dəstək olmaq.
7.Qrup/bölmə və ya layihələrin öz strukturları daxilində icra edəcəkləri, İdarə sisteminə aid təcrübələr və fəaliyyətin müzakirə olunduğu yığıncaqlar təşkil etmək.
8.Strukturda işləyənlərin İdarə sistemləri ilə bağlı təlimlər də daxil olmaqla, qaynaq və s. ehtiyaclarını Rəhbərliyi təmsil edən şəxsə bildirmək.
9.Strukturda İdarə sistemlərinin təcrübələri mövzusunda zəruri maarifləndirmə işləri aparmaq.
 
İşçiyə tələblər:
 
1. Texnik ixtisası üzrə təhsil almalı;
2. Tikinti sahəsində beş il təcrübəsi olmalı;
3. MS Office proqramlarını yaxşı bilməli.

E-mail: [email protected]