İşin təsviri
Vəzifə və öhdəliklər:
- Xidmətlər üzrə alış əməliyyatlarının 1C ERP sistemində işlənməsinə nəzarət etmək, əməliyyatların düzgün və vaxtında uçota alınmasını təmin etmək;
- Kommunal alış əməliyyatlarını icra etmək və onların aidiyyatı üzrə dəqiq bölüşdürülməsini təmin etmək;
- Müqavilələrin ERP sisteminə daxil edilməsini və zərər aktlarının düzgün tərtib olunmasını təmin etmək;
- Satış və geri qaytarma əməliyyatlarının sistemdə işlənməsi və müvafiq nəzarətin həyata keçirilməsi;
- ERP bazasında satınalma qiymətlərinin və hesabların düzgünlüyünə nəzarət etmək;
- Ayın bağlanması prosesində və maliyyə–mühasibat uzlaşmalarında iştirak edərək dəstək göstərmək;
- Bank əməliyyatlarının ERP sistemində işlənməsini təmin etmək, hesablardakı qalıqları yoxlamaq və təsdiqləmək;
- Hüquqi məsələlər üzrə hüquqşünasla koordinasiyanı həyata keçirmək və tələb olunan məlumatların təqdim olunmasını təmin etmək;
- Banklarla sənədləşmə və hesabat proseslərinin icrasına nəzarət etmək;
- Ödənişlərin internet bankinq sistemi vasitəsilə təsdiqlənməsini həyata keçirmək;
- Təhtəl hesabların və xərclərin düzgün uçotunun aparılmasını təmin etmək;
- İxrac və idxal əməliyyatlarının ERP sistemində işlənməsi və hesabatlılığının təmin olunması;
- Xarici bazar üzrə məsrəflərin uçotunun aparılması və müvafiq hesabatların hazırlanması;
- Mühasibatlıq bölməsinin fəaliyyətinə ümumi nəzarət və metodiki dəstək göstərmək.
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində);
- Baş mühasib və ya maliyyə sahəsində 8 ildən yuxarı iş təcrübəsi;
- Beynəlxalq maliyyə və ya mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
- 1C ERP (8.3) proqramında minimum 3 il praktiki iş təcrübəsi;
- Microsoft ofis -Excel (advanced səviyyədə);
- Vergi və maliyyə hesabatlarının hazırlama bacarığı mütləqdir;
- Mühasibat uçotunu mütləq bilməli, müxabirləşmə bacarığı olmalıdır;
- Microsoft Power BI – maliyyə göstəricilərinin vizual təhlili və dashboard hazırlanması üçün praktiki biliklər;
- Analitik düşünmə bacarığı;
- Məsuliyyət və etibarlılıq;
- Kənd təsərrüfatı sahəsində mühasibat uçotunun aparılması üzrə biliklər arzuolunandır.
İş barədə məlumat
- İş qrafiki: 09:00-18:00 ( 5 günlük iş qrafiki);
- Iş yeri Binə qəsəbəsində yerləşir;
- Gediş-gəliş şirkət tərəfindən təmin edilir;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı razılaşma yolu ilə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Maliyyə meneceri şəklində göstərməyiniz xahiş olunur.