Kibertəhlükəsizlik üzrə mühəndis -aparıcı mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri

  • İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət mexanizimlərin idarə edilməsi
  • İnformasiya Sistemlərinin, proseslərinin şirkət siyasətlərinə və ITGC audit kontrollarına uyğunluğunun müəyyən edilməsi
  • Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və Biznes komandaları ilə sıx işləmək;
  • PAM, DLP, SIEM, WAF, MDM, Endpoint Securty və Azure Security & Complience s. informasiya təhlükəsizliyi sahəsində mövcud olan sistemləri ilə işləmə, sazlanma və idarə edilməsi;
  • Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
  • Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, analizi, idarə edilməsi və hesabatın hazırlanmısı.

Təhsil və ixtisas

  • Ali təhsil

Sertifikatlar

  • Arzu olunandır

Bilik və bacarıqlar

  • İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə ali təhsil.
  • İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 2 il, iş təcrübəsi.
  • Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən.
  • Əməliyyat sistemləri Windows və Linux əməliyyat sistemləri üzrə yaxşı biliyi olan.
  • PAM, DLP, SIEM, WAF,  MDM və Azure Security & Complience sistemləri ilə iş təcrübəsi olan.
  • Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlayan və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olan.
  • MITRE,  Sysinternals ilə tanış olması arzuolunandır.
  • ISO27001, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrin biri ilə tanış olması arzuolunandır.
  • Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı.
  • Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə).
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.
  • Səbrli və soyuqqanlı olmaq bacarığı.

Dil bilikləri

  • Azərbaycan, İngilis və Rus dili.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

İşəgötürənin reytinqi