Korporativ Satış üzrə Mütəxəssis

  • ADVERA
  • Elanın qoyulma tarixi: 22.10.2025

İşin təsviri

Tələblər:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment və ya digər əlaqəli sahələr üzrə üstünlük verilir)
  • Korporativ satış və ya B2B müştərilərlə minimum 1-3 il iş təcrübəsi (Reklam sahəsində olanlara üstünlük verilir);
  • Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzuolunandır; 
  • Effektiv ünsiyyət və təqdimat bacarıqları;
  • Aktiv satış və müzakirə aparmaq bacarığ;
  • Kompüter bilikləri (MS Office proqramları).

Vəzifə funksiyaları:

  • Şirkətin Reklam məhsulları və xidmətlərinin satışını həyata keçirmək , satış planlarını icra etmək və satış hədəflərinə çatmaq;
  • Yeni müştərilərin cəlb olunması və mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin reklam məhsullarını və xidmətlərinin yayılması;
  • Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və xidmətlərlə bağlı çarpaz təkliflər hazırlanması;
  • Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsi;
  • Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanması;
  • Bazar trendlərini izləmək, rəqibləri təhlil etmək və satış strategiyalarının təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Gündəlik, həftəlik və aylıq satış göstəricilərini izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək;
  • Müştərilərin sifarişlərini qəbul etmək, sifarişin yerinə yetirilməsinə nəzarət etmək və müştəri məmnuniyyətini təmin etmək;
  • Şirkətin təşkil etdiyi sərgilərdə, təqdimatlarda və kampaniyalarda iştirak etmək və satışın artırılmasına dəstək vermək;
  • Potensial müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi.

İş şəraiti:

  • İş yeri: Bakı, Sarabski küçəsi 75, Sarabski Plaza;
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;

Təklif edirik:

  • Gəlirlilik 2500-3000 azn (Əmək haqqı + bonus)
  • B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərclərinin təmini;
  • Push30 platformasına qoşulmaq imkanı;
  • Aylıq,rüblük və illik bonuslar;
  • Həyatın yığım sığortasına qoşulmaq fürsəti;
  • Böyüməkdə olan dinamik bir mühit;
  • Fikir və təşəbbüslərin dəstəkləndiyi çevik komanda.

 

Müraciət üçün: CV-nizi “Korporativ Satış üzrə Mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.