Yeni Həyat


2002-ci ildə yaradılmış, öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən YENİ HAYAT Şirkətlər Qrupu MMC Azərbaycanın tikinti bazarında ən öncül şirkətlərdən biridir. 

Tam spektrda xidmət göstərən YENİ HAYAT Şirkətlər Qrupu MMC, memari layihələrin yaradılması, mühəndislik hesablamaların aparılması, innovativ texnologiyalar, materiallar və unikal istehsalat imkanlarının istifadəsiylə keçirilən tikinti işlərindən başlayaraq interyer və landşaft dizaynına qədər istənilən mürəkkəblikdə məsələləri həll edir. 

YENİ HAYAT Şirkətlər Qrupu MMC bir çox Avropa şirkətləri ilə əməkdaşlıq etməklə öncül texnologiyaların tətbiqində zəngin təcrübə əldə etmişdir. Bütün layihələrimizin gerçəkləşdirilməsində əsas meyar – yüksək keyfiyyət və dəqiq mühəndislik hesablamalarıdır.​ 

"YENİ HAYAT" adı Şirkət üçün rəmzi məna daşıyır - "Tikinti bizim üçün sadəcə biznes sahəsi yox, yeni həyat və düşüncə tərzidir".

Fəaliyyətimizin 14 ili dövründə bir sıra geniş miqyaslı innovativ layihələr gerçəkləşdirmişik ki, onların da hər biri öz memari ideyası və icrasına görə şəhərimizdə iz qoyacaq və gələcək nəsillərə layiqli miras olacaq binalardır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?