Texniki Ofis Mühəndisi

  • Yeni Həyat
  • Elanın qoyulma tarixi: 26.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Texniki Ofis Mühəndisi

Namizədə tələblər:

1. İnşaat mühəndisliyi sahəsində bakalavr təhsili olmalı;
2. Sahəsi üzrə ən azı 3 il təcrübəyə malik olmalı;
3. Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilməli;
4. Auto CAD, MS Project, MS Office proqramlarını bilməli.

Vəzifə təlimatı:

1. İstehsalatın tətbiq layihəsinə uyğun olaraq, metraj-ölçüsünü hesablamaq, layihədə olmayan istehsal üçün əlavə sənədlər hazırlamaq.
2. Təhvil-təslimlə bağlı məruzə hazırlamaq.
3. Təsdiqlənən təhvil-təslimi mərkəzi mühasibatlığa göndərmək.  Təhvil-təslim və fakturanın bir nüsxəsini texniki ofisdə saxlamaq.
4. Çertyoj, əlavə, işin təsdiq forması, protokol və s. qiymətli kağızların orijinallarını texniki ofisdə saxlamaq.
5. Aylıq fəaliyyət hesabatının hazırlanmasına kömək etmək.
6. Təftiş işini yerinə yetirmək.
7. Layihənin əsas iş proqramlarını hazırlamaq, təsdiqlənən bu proqrama uyğun olaraq hər istehsalat payı üçün ayrı-ayrı sxem və diaqramlar yaratmaq.
8. Aparılan istehsalata aylıq qrafiklərlə nəzarət etmək.
9. İşlərin proqrama uyğun faktiki gedişatına nəzarət edərək Texniki ofisin rəhbərinə məruzə etmək.
10. İstehsal prosesi ilə bağlı gündəlik, həftəlik, aylıq hesabatların hazırlanmasında iştirak  etmək, proqrama uyğun olaraq, çatışmamazlıqları müəyyən etmək.

Əmək haqqı : razilaşma yolu ilə.

E –mail: [email protected]