İşin təsviri
                
                
                                
                1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya və kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
	- Bu vəzifənin rolu İR üzrə administrativ işləri icra etməkdən ibarətdir.
 
Vəzifə öhdəlikləri:
	- İşə qəbul, kadr dəyişiklikləri və işdən azad etmə prosesini icra etmək.
 
	- İşdən azad etmə və yerdəyişmə zamanı işçilərin təhvil təslim prosesini təmin etmək.
 
	- Əmək haqqı üzrə dəyişiklikləri Əmas və ERP-də icra olunmasını təmin etmək.
 
	- İşçilərin İcbari sığorta ödənişlərin vaxtında icra olunmasını təmin etmək.
 
	- Əmək haqqı tabelinin hazırlanmasını təmin etmək.
 
	- Məzuniyyət qrafiklərin hazırlanması və məzuniyyətin rəsmiləşdirilməsini təmin etmək.
 
	- İşçilərə intizam tənbehlərin verilməsini təmin etmək.
 
	- Əmək haqqı kartlarını sifarişini və işçilərə təqdim edilməsini təmin etmək.
 
	- Arayış, xasiyyətnamə və digər sənədləri hazırlamaq.
 
	- İşçilərin Dövriyyəsi Hesabatının hazırlanmasını təmin etmək.
 
Məsuliyyət sahəsi:
	- İR üzrə sənədləşmə
 
	- 1C və Elektron Hökümət Portalı qeydiyyatı
 
	- Əmək haqqı tabeli
 
	- Sosial ödəmələr və İcbari Sığorta
 
Professional Biliklər
	- İR Administrasiyası 
 
	- Əmək qanunvericiliyi
 
	- Elektron Hökümət Portalı
 
	- MS Office və 1C Programları
 
Təhsil
	- Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil 
 
	- İR Administrasiyası üzrə sertifikat
 
İş Təcrübəsi
	- İR Administrasiyası üzrə ən az 2 il iş təcrübəsi
 
Professional Bacarıq və Kompetensiyalar
	- Ünsiyyət bacarıqları
 
	- Zamanın idarəolunması
 
	- Problem həll etmə
 
	- Məsuliyyət
 
	- Detallara diqqət
 
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.