Satış Əlaqələri üzrə Təcrübəçi

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Kreditor və debitor borclar üzrə üzləşmələrin aparılması
  • Ödənişlərin icrası (1C proqramında sənədləşdirilməsi və qaimələrin yoxlanılması)
  • Ödənişlərin yalnız təsdiqlənmiş təchizatçılara yönləndirilməsinə nəzarət
  • Yeni reseptlərin sistemə daxil edilməsi və mövcud reseptlərin yenilənməsi
  • Maya dəyərinin düzgün hesablanması və yoxlanması
  • Alışların sistemə daxil edilməsi və alış qiymətlərinin dəqiqliyinin yoxlanılması
  • Qiymət və menyu dəyişikliyinin sistemdə icrası
  • Məhsul transferlərinin yoxlanılması
  • Müqavilə və təhvil-təslim aktlarının 1C-də qeydiyyatı
  • Məlumatlarının bazaya düzgün daxil edilməsi
  • Məhsullar üzrə ödəniş əməliyyatlarının icrası

Tələblər:

  • Ali təhsil
  • MS Office proqramlarında işləmə bacarığı
  • 1C proqramı ilə işləmək bacarığı (üstünlükdür)
  • Rus dili biliyi arzuolunandır
  • Dəqiq, məsuliyyətli və öyrənməyə həvəsli olmaq

Müraciət qaydası:
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Satış Əlaqələri üzrə Təcrübəçi” qeyd etməklə Müraciət et butonunda qeyd olunan e-poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi