İşin təsviri
                
                
                                
                İş Yeri: Boxça Lab (Mərdəkan q.)
İstehsalat sahəsində istehsal olunan bütün növ unlu qənnadı məmulatların reseptura və texnoloji ardıcıllığa uyğun istehsalına nəzarət.
Öhdəlikləri:
İstehsal prossesinə nəzarət:
	- İstehsalat sahəsində plan əsasında hazırlanan bütün növ unlu -qənnadı məhsulların texnoloji prossesinə nəzarət edilməsi.
 
	- Personallar tərəfindən hazırlanan məhsulların resepturalara uyğun hazırlanıb yığılmasına nəzarət.
 
	- Texnoloji prosseslərin təkminləşdirilməsi, yeni xammal növlərinin tətbiq olunması, çeşidin genişləndirilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlamalı və tədbirləri həyata keçirilməsində iştirak etmək.
 
	- İşdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq məqsədi ilə beynəlxalq qabaqçıl texnologiyanı öyrənmək və istehsalatda tətbiq etmək.
 
	- Xammalları yaxşı tanımalı və xammal dəyişikliyindən yarana biləcək problemi araşdırmalı və lazımı tədbirləri görməli
 
	- Mövcud reseptləri daim təkmilləşdirmək və xammaldan optimal istifadəni təmin etmək.
 
	- Mütəmadi istehsalat personallarına texnoloji prosseslərlə bağlı təlimatların verilməsi.
 
Məhsulun təkmilləşdirilməsi:
	- Təklif olunan yeni növ məhsulların R&D managerdən təhvil alınması və bu məhsulların personalla öyrədilməsi və daim nəzarətdə saxlanılması.
 
	- Mağazalardan gələn şikayətləri araşdırır, lazımı texnoloji proseslərə müdaxilə edərək problemin aradaqn qaldırılması və istehsalat personallarının bu haqda təlimatlandırılması.
 
Keyfiyyət zəmanəti: 
	- Məhsulların tələb olunan daxili və ya dövlət standartlarına uyğun hazırlanması və eləcədə izləmə aparılması üçün lazımı sənədlərin yazılmasını təmin etmək.
 
	- Məhsulların dad, görünüş, tekstura və digər keyfiyyət göstəricilərinə uyğun istehsalını təmin etmək.
 
	- İstehsal zamanı sanitar-gigiyenik normaların və təhlükəsizlik qaydalarının gözlənilməsinə nəzarət etmək.
 
Vəzifə tələbləri:
Təhsil
	- Qida Sənayesi, kulinariya sənəti və ya əlaqəli sahələrdə təhsil arzuolunandır
 
İş Təcrübəsi
	- Qida sənayesində ən azı 3 il
 
Professional Bacarıq və Kompetensiyalar
	- Qənnadı məmulatlarını dərindən bilmək
 
	- Mükəmməl təşkilatçılıq və vaxt idarəetmə bacarıqları
 
	- Müxtəlif funksional qruplarla komanda şəklində işləmək bacarığı
 
	- Qida təhlükəsizliyi qaydaları və keyfiyyətə nəzarət prosesləri haqqında məlumat
 
	- Detallara diqqət etmə bacarığı
 
Qida istehsalı prosesləri, qida təhlükəsizliyi qaydaları və Sənaye meylləri haqqında dərin bilik
Məsuliyyət sahəsi:
	- Məhsulların günlük istehsalı.
 
	- Məhsulun təkmilləşdirilməsi.
 
	- Şikayətlərin araşdırılması və həlli.
 
	- Keyfiyyət zəmanəti.
 
Tabeliyində olan:
	- Çörəkçi, çörəkçi köməkçiləri, qənnadçı, qənnadçı köməkçiləri, sobaçı.