Business Development Specialist (New Fashion Retail Project)

İşin təsviri

Sinteks Şirkətlər Qrupunda yeni Pərakəndə Moda Layihəsində Həyəcanverici Karyera İmkanı!

Tamamilə yeni bir Pərakəndə Moda Layihəsinə start veririk və komandamıza qoşulmaq üçün istəkli peşəkarlar axtarırıq! Əgər sizin də motivasiya mənbəyiniz innovasiya, strategiya və bazar payının genişləndirilməsidirsə, bu sizin üçün qeyri-adi bir layihənin bir parçası olmaq şansıdır.

Yeni Pərakəndə Moda Layihəsi üzrə Sinteks Şirkətlər Qrupunda “Biznesin İnkişafı üzrə Mütəxəssis” tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu: Bu vəzifənin rolu tərəfdaşlarla ilkin ünsiyyəti qurmaq, kommersiya şərtlərini müzakirə etmək və müqavilələrin tamamlanmasına kimi olan bütün prosesləri icra etməkdir.

Vəzifə öhdəlikləri:

  • Verilən qrafik və prioritet əsasında layihələri planlaşdıraraq, tərəfdaşlarla ilkin ünsiyyətin qurulmasını və bu prosesin idarə olunmasını təmin edir.
  • Yeni imkanların, layihələrə dair iqtisadi və bazar araşdırılmasının təhlilinə nəzarət edir.
  • Şirkətin mövcud biznesinin və effektiv işgüzar ünsiyyətin davamlığına nəzarət edir.

Məsuliyyət sahəsi:

  • Biznesin inkişafı
  • Biznes kommunikasiya
  • Layihənin idarə olunması
  • Müqavilələrin idarə olunması

Professional Biliklər:

  • Bazar araşdırması
  • Maliyyə proqnozları
  • Müqavilə şərtləri 
  • Layihənin idarə olunması
  • Biznesin idarə edilməsi
  • İngilis dili yüksək səviyyədə
  • MS Office Proqramları

Təhsil:

  • İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə ali təhsil

İş təcrübəsi

  • Şirkətin Biznesin İnkişafı, xüsusilə şirkətin biznes portfelinin genişləndirilməsi, şirkətin xidmət və ya məhsullarının bazar payının artırılması, yeni satış kanallarının yaradılması, şirkətin biznes fəaliyyətinin şaxələndirilməsi, yeni biznesin qurulması sahəsində ən azı 1 il iş təcrübəsi

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • Biznes ünsiyyəti
  • Danışıq bacarıqları
  • Zamanın idarə edilməsi
  • Tədqiqat bacarıqları
  • Analitik düşüncə
  • Nəticə yönümlülük
  • Proaktiv düşüncə
  • Problem həll etmə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

İşəgötürənin reytinqi