İşin təsviri
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
İşə Qəbul Prosesinin İdarə Edilməsi:
- 300+ usta və fəhlə heyətinin işə qəbul prosesini həyata keçirmək.
- Vakansiyalar üçün elanların hazırlanması və uyğun platformalarda yayımlanması.
Uçot və Məlumatların İdarə Edilməsi:
- İşə qəbul olunan heyətin uçotunun aparılması və müvafiq sənədlərin hazırlanması.
- Gündəlik işçi heyətinin dəyişikliklərinin (işdən çıxma, yeni qəbul, rotasiya və s.) qeydiyyatı.
Gündəlik Əməliyyatların Aparılması:
- İşçilərin iş qrafiklərinin, davamiyyət cədvəllərinin və əmək müqavilələrinin tərtib olunması və izlənilməsi.
- İşçi heyəti ilə bağlı müvafiq hesabatların hazırlanması.
- Fəhlələrin iş yerinə təyin olunması və onların icra etdiyi işlərin monitorinqi.
İşçi Məsələlərinin Həlli:
- İşçilərin şikayətlərinin və müraciətlərinin araşdırılması və həll edilməsi.
- İşçi heyəti ilə bağlı rəhbərliyə mütəmadi məlumatın verilməsi.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
Tələblər:
Təhsil və Təcrübə:
- İnsan resursları idarəçiliyi, biznesin idarə edilməsi və ya əlaqədar sahələr üzrə ali təhsil.
- İşə qəbul və işçi uçotunun aparılması üzrə ən azı 2-3 il iş təcrübəsi, xüsusilə tikinti sahəsində.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
Texniki Bacarıqlar:
- MS Office proqramlarından (xüsusən Excel) əla işləmək.
- İşə qəbul və işçi uçotu ilə bağlı hüquqi və inzibati prosedurlar üzrə bilik.
Şəxsi Keyfiyyətlər:
- Məsuliyyətli, detallara diqqətli və təşkilatçılıq qabiliyyəti yüksək.
- Stressə davamlı və çoxsaylı işləri paralel idarəetmə bacarığı.
- Güclü ünsiyyət və münasibət qurma qabiliyyəti.
Dil Bilikləri:
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti.
Namizədlərdən şəkilli CV-lərini “İşə qəbul üzrə mütəxəssis” mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.