Problemli kreditlər üzrə kiçik mütəxəssis

  • MJ Finance
  • Elanın qoyulma tarixi: 23.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • İcraatında olan kredit portfellərinə nəzarət
  • Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması
  • Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması
  • Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması
  • Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi

Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
  • Müvafiq sahə üzrə təcrübə tələb olunmur;
  • 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
  • Xanım namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: 1000-1300 AZN
  • İş yeri: Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00

CV-lərinizi “Problemli kreditlər üzrə kiçik mütəxəssis” başlığı altında elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır