Dil bilikləri: Azərbaycan dili, rus dili (arzuolunandır);
Təcrübə: Müvafiq vəzifə üzrə 6 (altı) ay iş təcrübəsi (arzuolunandır);
Komputer bilikləri: MS Office proqramlarında yaxşı işləyə bilmək;
Şəxsi keyfiyyətlər: Fikrini aydın ifadə etmə bacarığı, səlis və aydın intonasiya danışıq qabiliyyəti; Kompyuterdə çevik işləmə qabiliyyəti;
Vəzifə öhdəlikləri:
Mövcud olan müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
Telefon vasitəsilə təqdim olunmuş bazalar əsasında potensial müştərilər ilə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;
Müəssisənin məhsulları, xidmətləri və üstünlükləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi;
Zəng zamanı müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək;
Potensial müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün xidmət seçimində köməklik göstərmək;
Telemarketing və satış üzrə operator danışıqların nəticələrinin statistikasını aparır, həmçinin mövcud məlumat bazası əsasında müştərilər arasında sorğular aparır;
İmtiyazlar:
Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Tibbi sığorta təminatının verilməsi (3 ay sonra);
"Team building” tədbirlərinin keçirilməsi;
Əmək haqqı və iş rejimi:
İş vaxtı: növbəli iş rejimi (09:00-dan 18:00-dək; 10:00-dan 19:00-dək);
Əmək haqqı: 500 azn (net) + 550 azn KPI bonus;
Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.