İşin təsviri
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu
Cinsi: Qadın
İş qrafiki: 6 günlük iş həftəsi, növbəli qrafik
Əmək haqqı: 600 azn
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən təqdim olunan məhsulların satışını həyata keçirmək
- Potensial müştərilərə şirkətin məhsul və xidmətlərini yüksək səviyyədə təqdim etmək
- Müştərilər ilə əlaqələrin qurulması, məhsulların təqdimatı və alışı üçün seçim variantlarının təklif edilməsi
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi
- Müştərinin fərdi ehtiyaclarını nəzərə almaqla uyğun məhsulların seçilməsində köməklik göstərilməsi
- Rəflərdəki malların inventarına nəzarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərliyə məlumat verilməsi
- Təyin olunmuş kampaniyaların effektiv keçirilməsinə dəstək, satışlarda və satışı artıran digər fəaliyyətlərdə iştirak edilməsi
Namizəddən tələblər:
- Minimum orta təhsil
- Kosmetik vasitələrin satışı üzrə iş təcrübəsi (ən azı 1 il )
- Satış, müştərilərlə işləmə və təqdimat bacarıqları
- Effektiv ünsiyyət və fikrini aydın izah edə bilmə qabiliyyəti
- Stressə davamlı olmalıdır
- Müştərinin tələblərini diqqət mərkəzində saxlamalıdır
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti, Rus dili üstünlükdür
Namizədlər öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.