İşin təsviri
İşin təsviri:
- Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək
- Təchizatçı firmalarla danışıqlar aparmaq
- Bazar araşdırılması, təhlili apırılması, yeni tədarükçülərin tapılması, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması
- Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsini təşkil etmək
- Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi
- Xammal qıtlığının yaranmaması və ya yaranmış qıtlığın ən qısa müddətdə aradan qaldırılması üçün təcili tədbirlər planının hazırlanması
Tələblər:
- Təhsil – Ali təhsil (Müvafiq sahə üzrə)
- Vəzifə üzrə minimum 3 il, sahə üzrə minimum 5 il
- Azərbaycan dili mükəmməl, Rus və İngilis dilini yaxşı səviyyədə bilməli;
- Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli;
Əlavə tələb:
- İşində məsuliyyətli olması
- Analitik düşünmə bacarığının olması
- Qərar qəbul etmə bacarığının olması
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00 – 18:00;
- İş yeri: Bakı şəhəri (Qəbələ, Quba və Lənkəran Konserv Zavodlarına ezamiyyətlər)
- Bazar qiymətinə uyğun əmək haqqı;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Xammal və Təchizat Şöbəsinin müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.