İşin təsviri
Namizədə dair tələblər:
- Ali təhsil – SƏTƏM, mühəndislik və ya əlaqəli texniki sahələr üzrə (tələbə və ya yeni məzun statusu)
- SƏTƏM sahəsinə praktiki maraq və öyrənməyə açıq yanaşma
- Qəbələ şəhərində yaşamaq və ya gündəlik gediş-gəlişi təmin etmək imkanı
- Peşəkar mühitdə davranış mədəniyyəti və komanda əməkdaşlığına hazırlıq
Proqram çərçivəsində təqdim olunur:
- Hüquqi əsaslara və etik çərçivəyə uyğun təşkil olunmuş, ödənişsiz təcrübə proqramı
- Real sənaye mühiti və əməli təcrübə imkanları
- SƏTƏM sahəsində ixtisaslaşmış mütəxəssislərdən mentorluq və gündəlik dəstək
- Təcrübənin sonunda rəsmi sertifikat və iştirak təsdiqi
- Gün ərzində qida ilə təminat
- Yüksək nəticə göstərən iştirakçıların gələcəkdə işə qəbul proseslərində öncədən nəzərə alınması və rezerv namizəd bazasına daxil edilməsi
Müraciət prosesi:
- Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, mövzu hissəsində “SƏTƏM üzrə Təcrübə – Qəbələ” yazmaqla CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz: