İşin təsviri
Vəzifələr:
- HR əməliyyatlarına nəzarət etmək və müvafiq əmək qanunvericiliyinə, qaydalarına və daxili siyasətlərə riayət etməyi təmin etmək;
- İşçi məmnuniyyətini artıraraq müsbət iş mühiti yaratmaq;
- İşçi narahatlıqlarını və münaqişələrini vaxtında və ədalətli həll yolla aradan qaldırmaq;
- İdarəetmə tərəfindən verilən əlavə vəzifələri və layihələri icra etmək, müvafiq şöbələrlə koordinasiya aparmaq;
- Müxtəlif vakansiyalar üçün mütəxəssislər axtarmaq və seçmək;
- CV məlumatları incələmək, uyğun namizədlərin qısa siyahısını yaratmaq üçün telefon danışıqları və görüşlər keçirmək;
- Qısa siyahıya alınmış namizədlərlə müsahibələr keçirmək və gələcək vakansiyalar üçün işçi bazası saxlamaq;
- Namizədlərin kvalifikasiyalarını qiymətləndirmək və iş üçün uyğunluqlarını dəyərləndirmək;
- Dəqiq iş təsvirləri hazırlamaq və.s
Tələblər:
- Lazım olan iş təcrübəsi: İnsan resursları sahəsində minimum 2 il;
- İngilis və ya Rus dillərində sərbəst bilik;
- Kompüter bilikləri: Microsoft Office;
- Lazım olan biliklər: Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
- Digər bacarıqlar: Güclü ünsiyyət və nitq bacarıqları.
Təklif olunan Şərtlər:
- Maaş: razılaşma yolu ilə. (bazarla rəqabətcil)
- Əlavə Faydalar: Peşəkar inkişaf imkanları, elastik iş saatları, dinamik iş mühiti, komandada əməkdaşlıq və müstəqil məsuliyyətlər.
Müraciət:
Əgər siz HR menecer olaraq sahənizdə uğur qazanmaq istəyirsinizsə və sadalanan tələbləri qarşılayırsınızsa, zəhmət olmasa CV-nizi “HR Menecer” başlığı ilə [email protected] ünvanına göndərin. Müraciətinizi gözləyirik!