Marketinq Meneceri

  • Luca Polare
  • Elanın qoyulma tarixi: 24.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Marka Qablaşdırması və Çap Materiallarının Konsepsiyasının İnkişafı: Marka qablaşdırması və digər çap materiallarının dizayn və inkişafında iştirak etmək, reklam şirkətləri ilə əməkdaşlıq etmək.
  • Kafelərin İzlənməsi və Marketinq Materiallarının izlənilməsi: Kafeləri mütəmadi olaraq ziyarət etmək, və marketinq materiallarına nəzarət etmək
  • Marketinq kampaniyalarının planlaşdırılması və icrası: marketing kampaniyalarının strategiyalarının inkişaf etdirilməsində iştirak etmək
  • Tədbirlərin Planlaşdırılması və İcrası: Açılışlar və digər tədbirlərin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək.
  • Marka Rəqəmsal Kanalların izlənməsi: Sosial media və vebsayt kimi rəqəmsal kanalların idarə olunması prosesində iştirak etmək

Tələblər:

  • Təhsil: Marketinq, İqtisadiyyat, İdarəetmə və ya müvafiq sahədə bakalavr və ya magistr dərəcəsi.
  • Təcrübə: Marketinq sahəsində ən azı 2 il təcrübə, xüsusilə dondurma və ya istehlak məhsulları sahəsində təcrübə üstünlükdür.
  • Bacarıqlar: Güclü strateji düşünmə qabiliyyəti, layihə idarəetmə təcrübəsi, rəqəmsal marketinq bacarıqları, analitik düşünmə, yaradıcı yanaşma.
  • Dil Bilgisi: Azərbaycan dili (səlis), İngilis dili (əla). Rus dili üstünlükdür.
  • Əlavə Bacarıqlar: Sosial media idarəetməsi, qrafik dizayn proqramları ilə tanışlıq (Adobe Photoshop, Illustrator və s.) əlavə üstünlükdür.

Təklif Edilən Şərtlər:

  • Əmək Haqqı: 1200-1500 AZN (Müsahibə əsasında təyin edilir)
  • Əlavə Üstünlüklər: Peşəkar inkişaf imkanları, dəyişkən iş saatları. dinamik iş mühiti, komandada iş və müstəqil məsuliyyətlər.

Müraciət:

Əgər siz marketinq sahəsində mütəxəssis olaraq uğur qazanmaq istəyirsinizsə və göstərilən vəzifələrə uyğun gəlirsinizsə, [email protected] ünvanına “marketinq menecer” başlığı altında CV məlumatlarınızı göndərə bilərsiniz. CV məlumatlarının ingilis dilində paylaşılmasını xahiş edirik. Müraciətlərinizi gözləyirik!