İşin təsviri
Namizədə olan tələblər:
- Xanımlar/Bəylər
- Ali təhsil;
- Azərbaycan və Rus dillərində səlis danışmaq, İngilis dili (arzuolunandır);
- Korporativ ünsiyyət etikasına riayət etmək, təqdim olunan xidmət və keçirilən kampaniyalara bələd olmaq;
- Kargo (çatdırma) şirkətində Müştəri Xidmətləri rəhbəri və ya rəhbərinin müavini vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Fəallıq, məsuliyyət, stressə davamlılıq, nəticəyə istiqamətlənmə;
- Yaş 30-45
Vəzifələri:
- Müştəri Xidmətlərinin effektiv işinin təmin edilməsi;
- Bütün aktual xidmətlər barədə müştərilərin məlumatlandırılmasını təmin etmək;
- Operatorların işinə nəzarət, bütün pozuntuların sənədləşdirilməsinin təşkili;
- Çağrı mərkəzinə zəng edən müştərilərə keyfiyyətli xidmət olunmasına nəzarət (şikayətlər daxil olduqda və ya operatorlar çatışmadıqda);
- Müştərilərin müraciətlərinə baxılmanın nəticələri haqqında vaxtında məlumatlandırılması,
- Müştəri Xidmətləri üçün qoyulmuş öhdəliklərin yerinə yetirilməsinə nəzarət;
Əlavə məlumatlar:
• Əmək haqqı: müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
• İş qrafiki: 6 günlük iş qrafiki: I-V -10:00-19:00, Şənbə: 10:00-16:00-dək.
Ünvan: 28 may metrosu, Dilarə Əliyeva küçəsi, 251
Məlumatlandırıcı qeydlər:
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun, CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri xidmətləri Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.