Müştəri xidmətləri üzrə baş mütəxəssis

İşin təsviri

Vakansiyanın adı: “MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ BAŞ MÜTƏXƏSSİS”(Müştəri xidmətləri və Call Centerin idarə edilməsi üzrə rəhbər)

Vakansiya haqqında:

Əmək haqqı: 800-1000 AZN;
Yaş həddi: 25 – 35;
İş rejimi: 10:00-19:00, Şənbə: qısa iş günüdür;
İş yeri: Bakı;
Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə.

Namizədə tələblər:

- Cinsi: qadın;
- Təhsil: Ali;
- İş təcrübəsi: sahə üzrə 2 ildən çox;
- Dil biliyi: Azərbaycan, Rus və İngilis dillərini səlist bilməli;
- Müştərilərlə ünsiyyət qurmağı bacarmalı;
- Kollektivlə işləmə bacarığI;
- Emossiyalarını idarə edə bilməli;
- Stressə davamlı olmalı.

İş barədə məlumat:

• Heyyətin idarə edilməsi;
• Əməkdaşlara tapşırıqların verilməsi və görülən işlər haqqında (gündəlik, həftəlik, aylıq ) hesabat alınması;
• Şirkət daxili nizam intizam qaydalarına əməl edilməsinə nəzarət;
• Əməkdaşlar arasında iş bölgüsünün aparılması;
• Korporativ qaydalara riayət olunmasının təmin edilməsi;
• Risklərin qiymətləndirilməsi və problemlərin operativ şəkildə həll edilməsi;
• Müştəri məmnuniyyətinin artırılması üçün iş prosesinin təhlil edilməsi, həmçinin yeni qaydaların hazırlanması və icrasına nəzarət;
• Treninqlərin keçirilməsi;

Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini [email protected] elektron ünvana mövzu yerinə “MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ BAŞ MÜTƏXƏSSİS” yazaraq göndərməkləri xahiş olunur.