Daxili satınalma proseduruna uyğun olaraq mal-material və xidmətlərin alışı;
Cəmiyyəti və sahələri təsərrüfat inventarı ilə, mühəndis və idarəetmə əməyinin mexaniki vasitələri ilə, nəqliyyat vasitələrini ehtiyat hissələrlə təmin etmək;
Xidmət üzrə müqavilələrin bağlanmasına lazım olan materialları rəsmiləşdirmək, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarın, ehtiyat hissələrinin alınmasını və saxlanmasını təşkil etmək;
Sahələri vaxtaşırı lazım olan vasitələrlə təmin etmək, onların işləməsinin uçotunu aparmaq, müvafiq hesabat formasını tərtib etmək;
Namizədə tələblər:
Ali təhsil (müvafiq sahə üzrə)
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
MC Office proqramlarında işləmək bacarığı
Stresə davamlılıq, tapşırıqları və alışları müəyyən edilən vaxt ərzində yerinə yetirmə qabiliyyəti, komanda şəklində işləmə bacarığı
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İş yeri: Baki şəh., Binəqədi ray., Əhməd Rəcəbli 276 İş şərtləri: Şirkət tərəfindən nahar pulu ödənilir. İş qrafiki: I-V günlər İş saatı: 09:00-dan 18:00-a
Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən olunacaq
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Satınalma üzrə mütəxəssis” adını qeyd edərək [email protected] ünvanına CV-ni göndərməkləri xahiş olunur.