Satınalma üzrə baş mütəxəssis

  • Spark
  • Elanın qoyulma tarixi: 12.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxili satınalma proseduruna uyğun olaraq mal-material və xidmətlərin alışı; 
  • Şirkətin daxilində və sahələrdə işçilərin lazımi avadanlıqlarla təchiz olunması işlərinə nəzarət etmək;
  • Cəmiyyəti və sahələri təsərrüfat inventarı ilə, mühəndis və idarəetmə əməyinin mexaniki vasitələri ilə, nəqliyyat vasitələrini ehtiyat hissələrlə təmin etmək;
  • Xidmət üzrə müqavilələrin bağlanmasına lazım olan materialları rəsmiləşdirmək, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarın, ehtiyat hissələrinin alınmasını və saxlanmasını təşkil etmək;
  • Sahələri vaxtaşırı lazım olan vasitələrlə təmin etmək, onların işləməsinin uçotunu aparmaq, müvafiq hesabat formasını tərtib etmək;

Namizədə tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • MC Office proqramlarında işləmək bacarığı
  • Stresə davamlılıq, tapşırıqları və alışları müəyyən edilən vaxt ərzində yerinə yetirmə qabiliyyəti, komanda şəklində işləmə bacarığı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

İş yeri: Bakı şəh., Binəqədi ray., Əhməd Rəcəbli 276

İş şərtləri: Şirkət tərəfindən nahar pulu ödənilir.

İş qrafiki: I-V günlər

İş saatı: 09:00-dan 18:00-a 

Əmək haqqı namizəddən asılı olaraq müəyyən olunacaq.

Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Satınalma üzrə baş mütəxəssis” adını qeyd edərək e-mail ünvanına  CV-ni göndərməkləri xahiş olunur.