Audit Şöbəsinin Rəhbəri

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 21.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 02.12.2019-cu il tarixində verilmiş Lisenziya əsasında, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma və eləcə də təmir işlərini həyata keçirməkdədir.

Vəzifə öhdəlikləri:

  • Audit müşahidələrinin, risk göstəricilərinin, tövsiyyələrin təqdim olunduğu ilkin audit hesabatını hazırlamaq;
  • Nəzarət sistemlərində olan boşluqları müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək;
  • Muhasibat yazılarının (sənədlərin) və maliyyə hesabatlarının dəqiqliyini və etibarlılığını yoxlamaq; 
  • Xərclərə nəzarət etmək və tədbirlər görmək;
  • Təsdiq olunmuş plana əsasən monitorinqlər aparmaq; 
  • Əldə edilmiş məlumatların toplanması və təhlilini aparmaq;
  • İnventar və əsas vəsaitləri yoxlamaq;  
  • İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi və bu sistemlərin adekvatlığının və effektivliyinin artırılması məqsədilə tövsiyələr vermək;
  • Ofisdən kənarda müxtəlif yoxlamalar aparmaq;

Namizədə tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq uçotu üstünlükdür);
  • Uyğun sahədə minimum 7-8 il iş təcrübəsi və beynəlxalq sertifikata sahib olmaq;
  • Yaxşı Azərbaycan dili, ingilis dili  və rus dili (ingilis dili üstünlükdür);
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Güclü analitik bacarıqlar;
  • Təqdimat bacarığı;
  • Ünsiyyət qabiliyyəti.

Əlavə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • Həftə içi 5 gün, 09.00-18.00;
  • Əmək haqqı: Rəqabətə davamlı;
  • Müraciətinizi e-mail ünvanına göndərin: [email protected]