Aparıcı mütəxəssis – Maliyyə şöbəsi

İşin təsviri

ƏMƏK FUNKSİYASI:

  • Qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat uçotunun təşkil edilməsi;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması və təsdiq edilməsi.

VƏZİFƏ TƏLƏBLƏRİ:

Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)

Təhsil ixtisası: Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə

İş təcrübəsi (minimum): Minimum 2 il ümumi iş təcrübəsi, min 1 il istehsalat(real) sektor üzrə təcrübə

Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)

Kompüter bilikləri: Microsoft office proqramları (əsasən Excel)

Digər zəruri tələblər: Beynəlxalq sertifikatların mövcudluğu arzuolunandır (ACCA F3,F7 və CFA)

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:

  • Problem həll etmə bacarıqları;
  • Detallara diqqət;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.