İşin təsviri
Vəzifə Öhdəlikləri:
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının müvafiq prosedur və qaydalara uyğun təşkil edilməsi, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsində iştirak etmək;
- İclaslar üçün tələb olunan məlumatların Şirkətin funksional bölmələrindən əldə edilməsi, zəruri hallarda, əldə edilmiş məlumatların ümumiləşdirilməsi, sistemləşdirilməsi və təhlil edilməsində iştirak etmək;
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının qərarlarının reyestrininin aparılmasında, qərar və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarətdə iştirak etmək;
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarətdə iştirak etmək;
- Nəzarət orqanları tərəfindən gələn müraciət və sorğuların koordinasiyasında iştirak etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Maliyyə və ya hüquq sahəsi üzrə ən azı 3 üç il iş təcrübəsi
Təhsili/ixtisası: Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla
Üstünlüklər: Maliyyə və ya dövlət qurumlarında katiblik şöbəsində təcrübə
Kompüter bilikləri: MS Office: orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.