İşin təsviri
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:
- Qiymət sorğuları və iri həcmli tenderlərin müvafiq qaydalara uyğun təşkili;
- Şirkət daxili satınalma prosedurlarına və əmrlərinə riayət olunmasına nəzarət;
- Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
- Sifariş edilmiş mal-material və ya xidmətlərin 5Q standartlarına uyğun şəkildə təşkilinin idarə edilməsi;
- Müqavilə danışıqlarının həyata keçirilməsində hüquq şöbəsi ilə koordinasiyalı fəaliyyət;
- Dövlət Satınalmaları və Tender proseslərindən məlumatlılıq;
- Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması təkliflərin qiymətləndirilməsi;
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə aid tələblər:
- Uyğun sahədə 3-4 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində səlis, rus dili yaxşı səviyyədə bilmək;
- Təşəbbüs göstərmək və verilmiş tapşırıqları vaxtında və effektiv yerinə yetirmək;
- MS Office proqramlarında (xüsusilə Excel) yaxşı işləmə bacarığı;
- Detallara diqqət və problem həll etmə bacarığı;
- Tikinti materialları alışı üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri : Bakı şəhəri
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Satınalmalar üzrə aparıcı mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz.