İşin təsviri
Tələblər:
- Ali təhsil (iqtisadi sahədə üstünlükdür);
- Rus və Azərbaycan dili səlis;
- MS Office proqramlarını baza səviyyədə bilməli;
- Məsuliyyətli,disiplinli,açıq fikirli
- Güclü analitik qabiliyyətlər, problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq, təqdimat etmək bacarıqları
Vəzifə Öhdəlikləri:
- Xarici təchizat şirkətləri ilə danışıqların aparılması
- Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm olaraq yenilənməsi;
- Sənəd dövriyyəsinin düzgün və operativ təşkili;
- Alınacaq malların keyfiyət və spesifikasiyalarının uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq;
- Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanmasını təmin etmək;
- Görülən işlərin təhvil təslim aktının hazırlanması;
İş Şəraiti:
- İş qrafiki: 5 gün
- İş Saatı: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
- Əmək Haqqı: 600 AZN.
Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “ Satınalma Üzrə Kiçik Mütəxəssis” yazaraq elektron poçtuna göndərmələri xahiş olunur.