İşin təsviri
Vəzifə öhdəliyi:
- Xidmətlər və şirkət haqqında dolğun və ətraflı məlumatın verilməsi;
- Şirkətin mobil tətbiqi və ya saytı üzərindən edilməsi lazım olan proseslərdə müştəriyə kömək edilməsi;
- Problemli müştərilər ilə ünsiyyət quraraq problemin həllində dəstək göstərilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Fəaliyyəti haqqında rəhbərliyə hesabat verilməsi.
Namizəd üçün tələblər:
- Yalnız xanım namizədlər;
- Səliqəli, punktual, gülərüz, xoş görünüşlü olmalı;
- Korporativ danışıq üslubuna malik olmalı;
- Problem həll etmə bacarığı və stressə davamlı olmalı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı.
İş qrafiki: 09:30-18:00 (I-VI gün)
İş yeri: Azure Business Center, 26-cı mərtəbə
Əmək haqqı: 600-700 AZN
İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.
Şəkilli "CV"-nizi mövzu yerinə "Müştəri təmsilçisi" yazaraq [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Tələblərə uyğun olmayan, mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd edilməyən və şəkilsiz CV-lərə baxılmayacaq.