“Aze Bilişim Finans” MMC - Azərbaycanda fəaliyyət göstərən yeganə virtual aktiv xidməti (kriptovalyuta ticarəti) təminatçısıdır.
“AZE Bilişim Finans” MMC - 2022-ci il 13 iyul tarixində Bakı şəhərində təsis olunmuş, rəqəmsal texnologiyalar vasitəsilə daha rahat və təhlükəsiz bir maliyyə təcrübəsi təklif edən, eyni zamanda manatla kriptovalyuta üzrə bütün əməliyyatların icrasını həyata keçirən tək kriptovalyuta birjasıdır.
Yalnız Azərbaycan vətəndaşlarına xidmət göstərən AZE Bilişim Finans MMC, şirkətdaxili bütün əməliyyatları Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən icra edir. Bu platformada istifadəçilər, Bitcoin və digər kriptovalyutaları hərrac və ya deduksiya üsulu ilə bir-birindən alır və ya satırlar.
Bununla yanaşı, “AZE Bilişim Finans” MMC-nin rəqəmsal məhsulu olan Azebirja, platformada baş verən qiymətləri təyin etmir, tənzimləmir və ya aktiv şəkildə hərhansı təsir göstərmir.
Şirkət üçün prioritet, istifadəçilərin kriptovaluyta ticarətini daha asan və innovativ həyata keçirməsinə dəstək olmaqdır. AZE Bilişim Finans, bunun üçün müasir dövrün tələblərinə cavab verən interaktiv və təkmilləşdirilmiş Bitcoin ATM-lərini yerlərdə təmin etmə imkanı verən layihələr üzərində çalışır.