İşin təsviri
Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus dili -yaxşı; ingilis dili– əla səviyyədə.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Marketinq sahəsində ali təhsil;
- Sığorta və ya bank işində (müvafiq sahədə) minimum 3 il iş təcrübəsi;
- Sərbəst araşdırma qabiliyyəti, analitik düşünmə, analiz etmə, komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Yaradıcı, yenilikçi və kreativ;
- Problem həlletmə, idarəetmə bacarığı, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı;
Vəzifə öhdəlikləri:
- Məhsul spesifikasiyasına uyğun daxili bazarın araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatların hazırlanması;
- Marketinq strategiyasının, marketinq planının və büdcə planlamasının hazırlanması;
- Şirkətin yerli bazarda mövqeyini müəyyənləşdirmək, satış qiymətləri, marketinq komunikasiyaları metodlarının analizi;
- Potensial bazarları və məhsula olan tələbata təsir edən amilləri müəyyən etmək üçün müştəri ehtiyaclarının analizi və hesabatın hazırlanması;
- Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanması;
- Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
- Satış komandası ilə işləyərək yeni müştərilərin cəlbi və mövcud müştəri portfelinin qorunması üçün təkliflərin verilməsi;
- Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri, mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmaların aparılması;
- Bütün fəaliyyətlər zamanı qarşıya qoyulmuş məqsədlərə nail olduğuna və layihələrin əvvəlcədən müəyyən edilmiş büdcə daxilində icra edildiyinə əmin olmaq, marketinq komandasının peşəkar inkişafını təmin etmək, lazım olduqda marketinq xidmətlərinin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
- Bazar tələbatları,potensial müştəri ehtiyaclarını müəyyən etmək, müştəri seçimlərini araşdırmaq və müvafiq məhsul və ya xidmətlərin tövsiyyə edilməsi;
- Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini;
- Şirkətin sosail media hesablarını idarə edilməsinə nəzarət etmək, kontentin yaradılmasında birbaşa iştirak edib həllər təklif edilməsi;
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması, vizualların dizayn edilməsi və sosial mediada paylaşılmasına nəzarət edilməsi;
- Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
- Çağrı mərkəzinin işinə nəzarət;
- Müştəri məmnunluğunun artılmasına,şirkətin imicinin yüksəldilməsinə nail olmaq və bu məqsədlə biznesin digər strukturlarının effekli çalışması üçün təkliflərin verilməsi;
- Xərclərin aylıq və ya rüblük hesabatlarının hazırlanması.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Marketinq şöbəsinin müdiri) qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.