İşin təsviri
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
- Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərinin keyfiyyətlə və zamanında qəbulunu təmin etmək və bu müraciətləri təlimat üzrə aidiyyatı şöbələrə operativ çatdırmaq;
- Kreditlərin rəsmiləşdirilməsi, sənədləşdirilməsi və müştərilərə çatdırılma kanallarını dəstəklə təmin etmək;
- Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə filialın inzibati işlərini icra etmək və arxiv funksiyasını idarə etmək;
- Tələb olunan hesabatları hazırlamaq və birbaşa menecerinə təqdim etmək;
- Təşkilat tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
- Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlıq qurmaq;
- Digər öhdəlik və tapşırıqları keyfiyyətlə/zamanında icra etmək;
Namizəddən gözləntilərimiz:
- Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili;
- Müştəri Xidmətləri və Ofis işləri üzrə ən azı 6 aylıq iş təcrübəsi;
- MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
- Kreditvermə sahəsində başlanğıc səviyyədə biliklərin olması arzuolunandır;
- Məsuliyyətli və təşəbbüskar olmaq;
- İşgüzar və aktiv olmaq;
- Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
- Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
- Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;