Asterias - tələbələr və gənclər üçün nəzərdə tutulmuş inkişaf və təlim mərkəzidir. Biz gənclərin öz bacarıq və qabiliyyətlərini aşkar etməsi üçün şərait yaradırıq. Məqsədimiz odur ki, hər bir fərd karyerasında, akademik fəaliyyətində və şəxsi həyat yolunda məqsədyönlü irəlləməsində və hədəflərinə çatmaqda dəstək olaq.
Azərbaycanda yenilikçi bir komandanın üzvü olmaq, gələcəkdə uğurlu və faydalı bir iş ərsəyə gətirmək istəyən şəxslər arasında “Biznesin inkişafı meneceri” axtarırıq.
Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
Önəmli müştərilərlə mütəmadi işgüzar görüşlərin təşkili və iştirakı
Potensial müştərilərin cəlbi, onlara qiymət təklifinin göndərilməsi
Müştərilərə təqdimatların hazırlanması
Təhsil: Ali
Satış yaxud biznesin inkişafı sahəsində iş təcrübəsi: azı 2 il
Kompüter biliyi: MS Office (Word, Excel), Google Docs
Yaş: 25 - 40
İngilis dilini yaxşı bilmək vacibdir. Rus dilini bilmək üstünlükdür.
Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı vacib şərtdir.
İş qrafiki: 6 günlük
İş yeri: City Point biznes mərkəzi
Əməkhaqqı: 800 AZN+faiz. 3 aylıq sınaq müddətində yaxşı performans göstəriləndən sonra mükafatlandırma sisteminə (faizlərə) yenidən baxılır.
Müraciət üçün öz rezümenizi [email protected] ünvanına başlıqda “Business development manager – Asterias” başlığı ilə göndərə bilərsiniz.