Asterias - tələbələr və gənclər üçün nəzərdə tutulmuş inkişaf və təlim mərkəzidir. Biz gənclərin öz bacarıq və qabiliyyətlərini aşkar etməsi, davranış nümunələrini və müəyyən fəaliyyət növünə meyllərini dərk etməsi, məsuliyyət almağı öyrənməsi, təlim prosesinə daha şüurlu yanaşması, məqsədə nail olmaq üçün planlaşdırma üsullarını formalaşdırması və gələcəkdə məsuliyyətlə peşəkar yol qurmaq üçün şərait yaradırıq.
Bütün çalışmalarımız enneagram və tranzakt analiz əsaslıdır.
Enneagram - şüuraltı səviyyəsində bizi hərəkətə gətirən 9 tipi təsvir edən psixoloji modeldir. Bu 9 tipin hər biri özünəməxsus düşüncə strategiyalarına, emosional reaksiyalara və həyat yoluna malik müəyyən xarakter formalaşdırır.
Tranzakt analiz - Transaksiya Analizi (TA) Erik Bern tərəfindən işlənib hazırlanmış psixoterapiya və şəxsi inkişaf yanaşmasıdır. Tranzaksiya analizi insanların düşünmə, hiss etmə və davranma yollarını başa düşmək üçün istifadə olunur və onlara daha sağlam münasibətlər qurmağa, özünə hörmətini artırmağa və həyatlarını daha şüurlu şəkildə idarə etməyə kömək edə bilər.