Asterias - tələbələr və gənclər üçün nəzərdə tutulmuş inkişaf və təlim mərkəzidir. Biz gənclərin öz bacarıq və qabiliyyətlərini aşkar etməsi üçün şərait yaradırıq. Məqsədimiz odur ki, hər bir fərd karyerasında, akademik fəaliyyətində və şəxsi həyat yolunda məqsədyönlü irəlləməsində və hədəflərinə çatmaqda dəstək olaq.
Azərbaycanda yenilikçi bir komandanın üzvü olmaq, gələcəkdə uğurlu və faydalı bir iş ərsəyə gətirmək istəyən şəxslər arasında “Ofis koordinatoru” axtarırıq.
Mərkəz daxilində tapşırıqların uçotunu aparmaq və təhvilinə nəzarət etmək
Mərkəz direktorunun istəklərini əldə edib onları yazılı, konkret tapşırıqlara çevirmək
Gələn şifahi yaxud yazılı sorğuları qəbul edib analiz etmək, onları cavablandırmaq
Qonaqları qarşılamaq, gələnləri müvafiq aidiyyatı şəxslərə yönləndirmək
Göndərilən və qəbul edilən sənədlərin/malların qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi
Görüşlərin, tədbirlərin siyahısını təqvim planında izləmək
Çap, skan, mətn yığmaq və s. ofis administrasiyası işlərini görmək
Ofisdə gündəlik işlərin icrasına məsul olmaq
Təhsil : Ali
İş təcrübəsi: minimum 1 il
Yaş: 22 - 32
Cins: qadın
MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Səlis və aydın nitq qabiliyyəti
Mükəmməl Azərbaycan dili biliyi; rus və ingilis dilini yaxşı bilmək üstünlükdür
Ciddi, səbrli, xoş görünüşlü və komanda da işləmək bacarığı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı
Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik
İş qrafiki: 6 günlük
İş yeri: City Point biznes mərkəzi
Əməkhaqqı: 850 AZN+mükafat.
Müraciət üçün öz rezümenizi [email protected] ünvanına başlıqda “Ofis koordinator – Asterias” başlığı ilə göndərə bilərsiniz.