İşin təsviri
Vəzifə öhdəlikləri:
- YÖS proqramı üzrə abituriyentlərə dərs keçmək (fərdi və qrup formatında);
- Müxtəlif səviyyələrə uyğun dərs planlarının hazırlanması;
- Tələbələrin bilik səviyyəsini yoxlamaq və fərdi inkişaf planı tərtib etmək;
- Məşğələlərdə motivasiyanı qorumaq və imtahan strategiyalarını öyrətmək;
- Sınaq imtahanlarının hazırlanmasında və qiymətləndirilməsində iştirak;
- Tələbələrin valideynləri və idarə heyəti ilə mütəmadi əlaqədə olmaq.
Namizədə tələblər:
- Ali təhsil (Riyaziyyat, üzrə);
- Minimum 1–2 il YÖS hazırlığı təcrübəsi;
- YÖS proqramı və sual strukturu barədə dərin bilik;
- Tələbələrlə effektiv ünsiyyət və motivasiya qurma bacarığı;
- İnteraktiv və müasir tədris metodlarından istifadə bacarığı;
- Müəllim kimi məsuliyyətli və nəticəyönümlü yanaşma.
Biz təklif edirik:
- Stabil əməkhaqqı və bonus sistemi (performansa əsasən);
- Peşəkar inkişaf və təlim imkanları;
- Müasir tədris mühiti və texniki təminat;
- Dərs qrafiki razılaşma əsasında tənzimlənir.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “YÖS müəllimi” başlığı ilə göndərin.