Front Office Manager (Qusar)

  • Deluxe Park Qusar
  • Elanın qoyulma tarixi: 06.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tabeçiliyində olan “FO” komandasının səmərəli şəkildə idarəedilmə və iş bölgüsünün işçilərin performanslarına uyğun təşkili.
  • Tabeçiliyində olan işçilər üçün iş və istirahət qrafiklərinin hazırlanması, iş yükünün nəzarətdə saxlanılması və mütəmadi olaraq bu qrafiklərlə bağlı hesabatın Baş Menecerə təqdim edilməsi.
  • Qonaqların otel ərazisində yerləşən bütün kotteclər, restoran, iaşə obyektləri, ümumilikdə Otel haqqında tam məlumatlı olmalarını təmin etmək.
  • Nağd və digər üsullarla qəbul edilən ödəniş əməliyyatlarının otelin daxili qaydalarına uyğun formada təşkil edildiyinə nəzarət etmək.
  • Yüksək və həmçinin aşağı tələbatlıq dövrlərində işlərin uyğun koordinasiyası.
  • Qonaqlardan və ya müxtəlif şöbələrdən gələn şikayət və təklifləri cavablamaq və müvafiq olaraq tədbirlər görmək.
  • Heyətin otel standartlarına və ümumi grooming qaydalarına uyğun şəkildə işə başlamalarına nəzarət etmək.

Tələblər:

  • Qeyd edilən sahədə minimum 2 il iş təcrübəsi.
  • Otel sahəsində idarəetmə təcrübəsi.
  • Microsoft office (word, excel) proqramlarında orta səviyyədə işləməl qabiliyyəti.
  • Ali təhsil
  • İngilis və ya rus dili biliyi.

İş yeri Qusar rayonunda yerləşir.

Qeyd edilən vakansiyaya uyğun olan namizədlər CV formalarını mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərə bilərlər.