Müştərilərdən birbaşa və ya dövlət orqanları vasitəsi ilə Təşkilatın müştəri şikayətləri kanalına daxil olan yazılı və şifahi müraciətləri qəbul edir, qeydə alır və müvafiq Hüquqşünasın nəzarətində cavablandırılmasını təmin edir;
Müştərilərin məlumatlandırılması məqsədilə onların hüquq və öhdəlikləri, o cümlədən müraciətlərə baxılması prosesi barədə sənədləri hazırlayır, həmin sənədlərin əlçatanlığını və müştərilərə izah edilməsini təmin edir;
Müraciətlərin xarakterindən asılı olaraq Müştərilərlə şifahi danışıqlar aparır və görüşlər təşkil edir, müvafiq Hüquqşünasın nəzarətində onlara müraciətləri üzrə məsləhət və izahatlar verir;
Müraciətlərin araşdırılması məqsədi ilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir, onlardan yazılı və şifahi arayışlar və məlumatlar alır;
Müştəri xidməti ilə əlaqədə olan əməkdaşlara, müştərilərin şikayətlərinin toplanması və struktur bölməyə ötürülməsi, istehlakçılarla davranış və digər mövzularda təlimlərin keçirilməsini təmin edir;
Müştərilərdən daxil olan şikayətlərin reyestrdə qeydiyyatını aparır, reyestrdə olan məlumatları daxil olma dövrünə və xarakterinə uyğun icmallaşdırır;
Fəaliyyətinə və istehlakçı şikayətlərinin əsas səbəblərinə dair statistikanın aparılmasını və ümumiləşdirilməsini təmin edir;
Müştərilərlə hüquqlarının, qanuni mənafelərinin və istehlakçılarla münasibətlərdə etik davranış qaydalarının pozulması hallarının aşkarlanması üçün müvafiq Hüquqşünasın nəzarətində araşdırma aparır və çatışmazlıqların aradan qaldırılması istiqamətində Hüquq Departamenti Rəhbərinə müvafiq təkliflər hazırlayır;
Birbaşa Rəhbəri tərəfindən müəyyən edilmiş digər öhdəlikləri icra edir.
Təhsil və təcrübə:
Ali təhsil (Hazırda Bakalavr dərəcəsini bitirməkdə olan namizədlər müraciət edə bilər);
İş təcrübəsi tələb edilmir (Müştərilərlə iş sahəsində könüllü təcrübənin olması üstünlükdür);
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq üstünlükdür;
Zərurət olarsa Regionlara səfər etmək imkanına malik olmaq;
MS Office proqramlarını yaxşı bilmək;
Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.