İşə qəbul üzrə mütəxəssis (Recruiter)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
  • CV-lərin nəzərdən keçirilməsi, namizədlərin seçilməsi, müsahibənin aparılması, namizədlərin bacarıqlarının qiymətləndirilməsi və uyğunluq əsasında tövsiyələrin verilməsi;
  • İşə qəbul prosesinin müxtəlif mərhələlərində namizədlərlə müsahibələr aparılması (telefon müsahibələri, video müsahibələr və üz-üzə görüşlər);
  • Boş vakansiyalar üzrə namizədlərin axtarışı;
  • Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
  • Müsahibə prosesinin təşkili və aparılması;
  • İşə qəbul və təcrübə proseslərinin koordinasiyası;
  • İşə qəbul prosesinə dəstək;
  • İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin edilməsi.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi : Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • Təcrübə: İşə qəbul üzrə 2 il iş təcrübəsi;
  • Komanda daxilində işləmək və komanda fəaliyyətini koordinasiya etmək bacarığı;
  • Mükəmməl ünsiyyət və təqdimat bacarığı;
  • Operativ qərar vermə və analtik düşüncə;
  • Kompüter bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Şənbə, Bazar

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir
  • AR Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Əmək haqqı:  800 net

Uyğun namizədlər öz cvlərini “İşə qəbul üzrə mütəxəssis (Recruiter)” başlığı ilə e-mail ünvanına göndərə bilərlər.