Çağrı mərkəzi koordinatoru

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 2 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;

Vəzifə öhdəlikləri:

  • Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
  • Müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
  • Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
  • Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
  • Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
  • Hər hansı dərman prepararatı müştərinin yaxınlaşdığı aptekdə yoxdursa digər apteklərlə əlaqə saxlamaq, dərmanın olduğu apteki müəyyənləşdirmək və müştəriyə məlumat vermək;
  • Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən razı olub-olmadıqları barədə məlumatın almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq;
  • Nəqliyyat vasitələri üzrə Sığorta hadisələri olan müştərilərin zənglərinin qəbulu, sığortalı bazasında onların yoxlanılması, qeydə alınması və qəza komisarlarının hadisə yerinə yönləndirilməsini təmin etmək;
  • Müştəri məmnumiyyəti ilə bağlı hesabatları hazırlamaq;
  • Öz səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinə fəaliyyət prosesində aşkar olunmuş çatışmazlıqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün təklifləri hazırlamaq.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Çağrı mərkəzi koordinatoru" qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi