İşin təsviri
Tələblər:
- Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir
- Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
- Problemi sərbəst həll etmə qabiliyyətinin olması
- Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
- Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
- Vəzifə öhdəliklərini tam şəkildə dərk edib, onlara məsuliyyətlə yanaşmalı
- Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı
- Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması
- Yaş: 24-35
- Kompyuter biliyi (Word, Excel, Power point, Outlook)
- Dil bilikləri - Azərbaycan dilini səlist, Rus və Ingilis dillərində sərbəst/yaxşı səviyyədə danışıq, yazışma və fikrini qarşı tərəfə çatdıra bilmə qabiliyyəti
Vəzifələr:
- Satınalma-təchizat zənciri üzrə tapşırıqların yerinə yetirilməsi
- Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi
- Mövcud və potensial müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
- Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi
- Satış məqsədilə təqdimatların keçirilməsi
- Müştərilərlə və təchizatçılarla ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı
- Mövcud bazarın və rəqiblərin analizi
- Bazarın tələbinə uyğun təkliflərin araşdərəlması və formalaşdırılması
- Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması;
- Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək
- Aylıq və həftəlik hesabat vermək
İş şəraiti:
- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki-5 günlük
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə
Vakansiyaya uyğun namizədlər öz CV-lərini elektron ünvanına gözlədikləri əmək haqqı məbləğini qeyd etməklə göndərə bilərlər.
Dil bilikləri, bacarığı CV-də qeyd olunanlara uyğun olmayan namizədlər narahat etməsinlər.