İT mütəxəssis

İşin təsviri

İş saatları: Həftəlik 40 saat, 1 saat nahar fasiləsi

Əsas öhdəliklər:

  • İT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
  • Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olmaq;
  • Yedəkləmə sistemləri (Backup) haqqında nəzəri və praktiki biliklər;
  • Müvafiq təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların riayət olunmasına nəzarət etmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi- yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək;
  • Ofis avadanlığının quraşdırılması və konfiqurasiyası və bununla əlaqəli problemlərin aradan qaldırılması;
  • Şirkətə məxsus kompüter, printer və şəbəkə avadanlıqlarının fəaliyyətini təmin etmək və avadanlıqlarda baş vermiş nasazlıqları yerində həll etmək;
  • Bütün istifadəçilərə otelin informasiya sistemlərindən istifadə edilməsində yardım etmək;
  • Müxtəlif əməliyyat sisteminin yüklənməsi və sazlanması (Windows 10/11);
  • E-poçtun quraşdırılması və konfiqurasiyası;
  • Nəzarət kameralarının həmçinin ona aid olan avadanlıqların (NVR, Decoder və s.) quraşdırılmasını və sazlanmasını təmin etmək;
  • Kabelləri sonlandırmaq (rj45, patch-panel və data yuvasına);
  • Program təminatında texniki probemləri aradan qaldırmaq;
  • Şəbəkə printerlərinin quraşdırılması və idarə edilməsi;
  • Tədbir zallarında baş tutan konfranslar üçün İT dəstək göstərmək (Proyektor, ekran və s.);
  • Mütəmadi olaraq, texniki avadanlıqların inventarizasiyasını aparmaq;

Bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Analoji sahədə ən azı 1 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir);
  • Rus və İngilis dili (texniki səviyyədə) arzu olunandır;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
  • Mehmanxana sistemlərini (Micros, Opera, iScala, 1C və s.) bilmək üstünlükdür;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “İT mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə, CV formalarını 30 “Aprel” 2024-cü il tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər.