Xərclər üzrə nəzarətçi

İşin təsviri

İş saatları: Həftəlik 40 saat, 1 saat nahar fasiləsi

Əsas öhdəliklər:

  • Otel daxili bütün sifariş tələbnamələri və daxil olan mallara  nəzarət edir. Maların tədarükü və təhvil alınması prosedurlarını izləyir. 
  • Malların saxlanılması qaydaları və təhvil qaydalarını nəzarətdə saxlayır. 
  • Gündəlik restoran satışları ilə mətbəxtin təchiz olunan mallarının müqayisəsi. 
  • Restoran içki satışının maya dəyəri müqayisəsi. 
  • Aylıq olaraq Qida və İçki departamentinin maya dəyərinin analizi hesabatını hazırlayır. 
  • Departamentlərdə az istifadə olunan, xarab olan  malların siyahsını hazırlayır və bu kimi halların qarşısını almaq üçün təkliflər irəli sürür. 
  • Satınalma qiymətlərində yaranan artımlar barəsində rəhbərliyi məlumatlandırmaq və yarana biləcək ziyanın qarşısını almaq üçün təkliflər hazırlamaq 
  • Departamentlərin tələbnamələri əsasında aylıq sərfiyyatın analizı 
  • Gündəlik satınalma prosedurunda malların təhvil verilməsidə iştirak 
  • Ayda bir dəfə tərəzilərin yoxlanılması 
  • Ayda bir dəfə qiymət bazarının araşdırılması
  • Bar içkilərində inventarizasiya zamanı yaranmış fərqlərin maya dəyərinə təsiri araşdırılması.
  • Xaricdən mədaxil olunan malların gömrük rəsmləşdirilməsi xərclərinin hesablanması və gömrük rəsmləşdirilməsi
  • Departament tələbnamələrinin istifadə rəqəmləri ilə tutuşdurulması
  • Menyu qiymətlərinin micros sistemi qiymətləri ilə eyniliyini nəzarətdə saxlamaq
  • Maya dəyərində kənarlaşmaların aşkar edilməsi
  • Tələbnaməyə uyğun digər tapşırıqları yerinə yetirmək.

Bilik və bacarıqlar:

  • Xərclər üzrə nəzarətçi kimi minimum 1 il iş təcrübəsi
  • iScala proqramında işləmə bacarığı
  • Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək
  • İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq
  • Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək
  • Otelin ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı dəyişikliklərə uyğun reaksiya vermək

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “Xərclər üzrə nəzarətçi” adını mövzu hissəsində qeyd etməklə, CV formalarını 10 Yanvar 2024-cü il tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər.

Excelsior Hotel & SPA Baku tərəfindən digər vakansiyalar