Böyük mühasib

İşin təsviri

İş saatları:

Həftəlik 40 saat, 1 saat nahar fasiləsi 

Əsas öhdəliklər:

  • Mühasibatlıq şöbəsini idarə etmək və öz tabeliyində olan bütün mühasibatlıq əməkdaşlarının vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malik olmaq.
  • Maliyyə menecerinə yerli rəhbərlik, ərazi üzrə ofis və rəhbərlər tərəfindən tələb olunan bütün həftəlik/aylıq/illik maliyyə və statistik hesabatların hazırlanmasında kömək etmək.
  • Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək.
  • Mühasibatlıq sistemləri, siyasət və prosedurlar, habelə otel üçün müəyyən edilmiş yerli siyasətlər ilə yaxından tanış olmaq. 
  • Otel çərçivəsində bütün maliyyə əməliyyatları üçün müşayiətedici sənədləri və həyata keçirilmiş bütün daxili nəzarət tədbirlərini davamlı şəkildə yoxlamaqla, bu siyasət və prosedurlara riayət olunduğunu təmin etmək.
  • Bütün bank hesabları və baş mühasibatlıq kitabının aktiv və passiv hesabları üçün yoxlama aktları hazırlamaq və aparmaq və bunları hər ay bütün müşayiətedici sənədlər ilə birlikdə yoxlamaq üçün Maliyyə Nəzarətçisinə təqdim etmək.
  • Maliyyə Nəzarətçisinə büdcə və proqnozların hazırlanmasında kömək etmək və şöbə rəhbərlərinə öz xərcləri və büdcə tələblərini analiz etmək üçün yardımçı olmaq.
  • Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtlı-vaxtında təqdim edilməsini təmin etmək. 
  • Maliyyə meneceri iş başında olmadıqda onu əvəz etmək.

Bilik və bacarıqlar:

  • Böyük mühasib kimi minimum 2 il iş təcrübəsi
  • PMS sertifikatı
  • iScala proqramında işləmə bacarığı
  • Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək
  • İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq
  • Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək
  • Otelin ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı dəyişikliklərə uyğun reaksiya vermək

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “Böyük mühasib” adını mövzu hissəsində qeyd etməklə, CV formalarını 15 “Fevral” 2024-cü il tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər.