Qida və içki üzrə menecer

İşin təsviri

İş saatları:

  • Həftəlik 40 saat, 1 saat nahar fasiləsi

Əsas öhdəliklər:

  • İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə otelin tədbirlər planının icra edilməsini təmin etmək. 
  • Hər bir şöbə üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək.
  • Bölmələrarası müntəzəm hesabat görüşləri keçirmək və şöbələrarası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsini təmin etmək.
  • Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək. 
  • Digər şöbələrdə müvafiq sayıldıqda, işçilərin daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək.
  • İctimai ərazilərdə fəaliyyət göstərərək əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • İaşə şöbəsinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək. 
  • İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında iştirak etmək.
  • Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı otelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək.
  • İnventarların idarə edilməsi və otelin istismar avadanlıqları və digər aktivlərinə cari texniki xidmətin göstərilməsinə kömək etmək.
  • Otelin həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını, təchizatçılar və otel / restoran əməliyyatlarını qiymətləndirmək.
  • Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
  • Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
  • Əməliyyatlar ərzində təqdim edilən yemək və içkilərin dadına baxmaq və nəzarət etmək, lazım gəldikdə, öz rəyini bildirmək.

Bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Qida və içki üzrə menecer vəzifəsində 2 il iş təcrübəsi;
  • Rus və İngilis dili (yüksək səviyyədə);
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
  • Micros, 1C, iScala sistemləri üzrə biliklər olması üstünlükdür;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “Qida və içki üzrə menecer” adını mövzu hissəsində qeyd etməklə, CV formalarını 01 “May” 2024-cü il tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər.

Excelsior Hotel & SPA Baku tərəfindən digər vakansiyalar