Baş Aşpaz (Executive Chef)

İşin təsviri

Ünvan: M.Useynov, 51

İşin təsviri:

  • Restoran xidməti şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq yerlərdə otelin tədbirlər planının icra edildiyini təmin etmək.
  • Şöbədaxili əməliyyatlara dair təlimatların işlənib hazırlanması və yenilənməsində iştirak etmək.
  • Müntəzəm hesabat görüşləri iştirak etmək, şöbədaxili brifinq və toplantıların effektiv olmasını və zəruri hallarda keçirilməsini təmin etmək.
  • Qonaqlarla ünsiyyətdə olan bütün mətbəx işçilərinin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etmələrini təmin etmək.
  • Kifayət qədər vaxt ayıraraq Mətbəx ərazilərində işçilər və qonaqlar / işçilər və daxili müştərilər arasında qarşılıqlı fəaliyyəti müşahidə etmək, zəruri olduqda, işçiləri öyrətmək üçün şöbə rəhbərləri ilə birgə fəaliyyət göstərmək.
  • Hər bir təsərrüfat bölməsinin (məs. Restoran xidməti) mümkün qədər minimal xərclər çərçivəsində işləməsini təmin etmək.
  • İnventarların idarə edilməsi, otelin əməliyyat avadanlıqları və digər aktivlərinə müntəzəm texniki xidmət göstərilməsində köməklik etmək.
  • Tələb olunduqda, məhsul spesifikasiyaları, reseptlər və digər məlumatların daxil edilməsi və nəzarət olunmasına kömək etmək, Maddi-texniki təchizat və Xərclərin auditi şöbələrinin düzgün işləməsini dəstəkləmək.

Namizədə olan tələblər:

  • İdarəedici vəzifəsində 3-4 il iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan və İngilis dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Executive Chef” qeyd edərək CV-lərini elektron ünvanına 14.04.2024-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.