İşin təsviri
İşin təsviri:
- Mehmanxananın işıq/elektrik qurğularının ləvazimatlarını təmir və istismar edilməsi
- Mehmanxananın planlı-profilaktik təmir sisteminə və təmir işlərinin qeydiyyatı sisteminə aid bütün cari işlərin yerinə yetirilməsi
- İşin qonaq sorğularına və rəhbərliyə uyğun olaraq prioritetləşdirilməsi
- Gündəlik xidməti işin qeydə alınması, o cümlədən vaxt/tapşırıq iş saatları xərcləri ilə birlikdə fərdi dəyişdirilmə xərcləri
- Lazımi ehtiyat hissələrinin inventar səviyyələrinin yaradılması və saxlanılması
- Avadanlığın lazımi istismar və cari təmir təcrübələrinə dair işçi yığıncaqlarının keçirilməsi və/və yaxud işçi yığıncaqlarında iştirak etmək
- Müəyyən edilmiş vaxt intervallarına müvafiq olaraq, elektrik avadanlıqlarına baxış keçirilməsi, cari təmir proqramının həyata keçirilməsi və yerinə yetirilməsi
- Mehmanxananın elektrik avadanlığı üzrə müntəzəm yoxlamaların (servisin) aparılması və kompüter sistemində sənədləşdirilməsinə dəstək vermək
- Növbəti baxış və yoxlamalar üçün müvafiq faylların qorunması, qeydiyyat cədvəllərinin aparılması və ehtiyatların saxlanılmasının təmin edilməsi
- Ekoloji cəhətdən zərərsiz təşəbbüslərin araşdırılması və qeydə alınması və təkrar istifadə üsullarının effektli və səmərəli istifadə olunması
- Ehtiyyat hissələrinin işləmə nəticəsində yeyilməsi, zəyifləməsi, sıradan cıxması səbəblərini müəyyən edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görülür.
- Texniki xidmət və əməliyyat spesifikasiyalrı, avadanlıqların texniki şərtlərinə uyğun olaraq elektrik avadanlıqlarının, müəssisənin elektrik şəbəkələrinin və transformatorlarının düzgün istismarını və xidmətini təmin etmək.
- Fövqəladə hadisə zamanı öhdəliklərlə bağlı tələblər haqqında tam anlayışı olmaq
Namizədə olan tələblər
- Elektrik kimi 2-3 il iş təcrübəsinə malik olmaq;
- Ali təhsil və ya peşə təhsili (Elektrik peşəsi üzrə dərəcəli sertifikatların olması)
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Azərbaycan yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq, İngilis dilini bilənlərə üstünlük verilir
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Elektrik” qeyd edərək CV-lərini elektron ünvanına 22.11.2024-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.